Virtual aləmdə «Olimpiya Biatlon Mərkəzindəki kişi ayaqyolunda rast gəldiyim qoşa unitaz» adıyla bir anda məşhurlaşan şəkil təəccüb və məsxərəyə səbəb olub. Həmin fotonu həmçinin bu yaxınlarda qızğın müzakirə edilən gey haqları ilə bağlayıblar. Rus müxalifətçilərinin lideri Navalnı qeyd edib ki, 2014-cü ilin fevralında Soçidə keçiriləcək Qış Olimpiadası üçün büdcədən ayrıldığı deyilən 1,700 milyard rublun (50 mlrd. dollar) necə xərcləndiyi ilə maraqlanıb. Fotonu retweet edən cənab Navalnı istehza ilə «bu 1.5 mlrd rublluq (45 mln. dollar) Soçi Olimpiadasının Biatlon Media Mərkəzindəki kişi tualetidir» deyib.
Başqa bir bloqda isə yazılıb: «Bu iki unitazlı tualet - 28,000 rubla (825 dollar) başa gəlib. Olimpiya oyunlarının media mərkəzinə - 1.5 mlrd rubl (45mln. dollar) xərclənilib. Bütün bunların fonunda pərtlik ölçüyə gəlməzdir». Bu fotoyla bağlı bir çox şərhlərdə korrupsiya faktları ilə əlaqədar oyunlarının boykot edilməsi çağırışları səsləndirilib. Bu fotonun müdafiə edən rəylərdə isə, Rusiyanın mübahisəli «gey təbliğatı» üzrə qanunlar qəbul olunduğu vurğulanıb. Bu tip tualetlərin də Olimpiadaya gələcək cinsi azlıqlar üçün nəzərdə tutulduğu qeyd olunub. «Bu onlar tərəfindən cinsi azlıqların ehtiyaclarının necə başa düşüldüyünü göstərir» - twitlərin birində deyilir.
Təqribən iki il əvvəl istismara verilmiş Biatlon Mərkəzinin xərcləri Rusiyanın Qazprom şirkəti tərəfindən maliyyələşdirilib. O vaxtlar şirkətinin nümayəndəsi yeni tikilən mərkəzi “dünya boyu bu qəbildən obyektlər arasında ən böyük və rahat bina» kimi dəyərləndirmişdi.
Jurnalist Nikita Lixaçov öz bloqunda bildirir ki, Rusiyanın Avropa hissəsində qoşa ayaqyoluna nadir halda rast gəlmək olsa da, o tamamilə yad deyil. Blogger daha sonra qoşa unitaz və ya kabinəsiz tualetlərin Avropa ölkələrində o qədər də sensasiya olmadığını qeyd edərək xeyli şəkillər paylaşıb.