Mənbənin məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.
Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək. Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.
«Qafqazinfo»nun verdiyi məlumata görə, R.Camalov uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Nazir oğlunun həyatını xilas etmək mümkün olmayıb. Nəticədə, ötən gün Türkiyədəki xəstəxanaların birində dünyasını dəyişib.
44 yaşlı Camalov dövlət sektorunda çalışmayıb. Onun Bakıda özəl biznesi olub.