Vaxt.Az

«İfadə vermişəm...»


 

Tofiq Zülfüqarov adı hallanan qəzadan danışdı

«İfadə vermişəm...» Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən qəzaya Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov münasibət bildirib.

VAXT.AZ xəbər verir ki, eks-nazir qafqazinfo-ya açıqlamasında qeyd edib ki, sözügedən qəzayla bağlı ona qarşı heç bir cinayət işi açılmayıb: «Hadisə sentyabrın 14-ü baş verib, şahid qismində ifadə vermişəm. Kameralarda da görünür ki, maşının yan güzgüsünə dəyib». 

Qeyd edək ki, piyada Uğur Vəliyev Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi «Mercedes» markalı avtomobilin yan güzgüsü ilə vurulub, daha sonra üstündən Rasim Əskərovun idarə etdiyi «Ford» markalı yük maşını keçib.

 





16.09.2017    çap et  çap et