Səfirin sözlərinə görə, Almaniya UNESCO-nun rəhbəri postuna öz namizədini təqdim etməyib. Buna görə də, ölkə bütün namizədləri çox diqqətlə nəzərdən keçirir.
«İyun ayının sonunda cənab Bülbüloğlu dövlət naziri Bömerin dəvəti ilə Berlində Xarici İşlər Nazirliyində görüşdə oldu. Mənim şəxsi fikrimcə, Polad Bülbüloğlu maraqlı olduğu qədər də, rəğbətə layiq bir şəxsdir», - M.Kindsqrab bildirib.