Vaxt.Az

«Azərbaycan dilində başa düşürəm»


 

«Zirə»nin kamerunlu legioneri: «Məşqçilərimiz hər matçdan əvvəl bizə konkret tapşırıqlar verir»

«Azərbaycan dilində başa düşürəm» «Zirə»nin legioneri Jozef Boum II Topaz Premyer Liqasının V turunda «Neftçi»yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra brifinq keçirib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, kamerunlu müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.


- Oyun necə alındı?

- Bütün oyunlar çətin olur. Ona görə də məşqçilərimiz hər matçdan əvvəl bizə konkret tapşırıqlar verir.


- Rəqibin çətin vəziyyətdə olması qələbənizə nə dərəcədə kömək etdi?

- Düşünmürəm ki, bunun ciddi təsiri oldu. Əksinə, belə vəziyyətdə rəqibin daxilində istək daha böyük olur. Çünki onlar bu vəziyyətdən çıxmaq istəyirlər. Belə halda, onlarla oynamaq çağır olur.


- 2:0-dan sonra dərhal qol buraxdınız. Qələbəni əldən vermə ehtimalıyla bağlı həyəcan var idi?

- İkinci qoldan sonra konsentrasiyanı itirə biləcəyimizdən ehtiyatlandığım üçün komanda yoldaşlarıma xəbərdarlıq edirdim. 2:1-dən sonra əks-hücumlarda fərqi artırma imkanımız oldu.


- Oyundan əvvəl «Neftçi»nin çempionatda «Zirə»ni məğlub edə bilmədiyini demişdilər?

- Açığı, bu haqda məlumatım yox idi, yeni öyrənirəm. Komanda yoldaşım İqbekoyi 50-ci qolunu ötən tur vurdu, onu da yeni öyrənirəm. Birinci dövrədən sonra çox məlumatlı olacam.


- «Qarabağ»ın gücünü bilirsiniz, «Qəbələ»yləsə ötən tur qarşılaşmısınız. Hansı komandaların çempionluq üçün mübarizə aparacağını düşünürsünüz?

- «Neftçi»nin bu qədər problemi olmasına və xallar itirməsinə baxmayaraq, hətta o da çempionluq uğrunda mübarizə apara bilər. Başa düşürəm, «Qarabağ» fərqli oyun göstərir. Ancaq «Qəbələ», «Neftçi», «İnter» və təbii ki, biz bu mübarizəyə qoşula bilərik. Çox çətin çempionatınız var.


- Dörd dövrəli sistemlə keçirilən çempionatda oynamısınız, yoxsa ilk dəfə iştirak edirsiniz?

- Əslində, bu, maraqlı və çətin bir yarışdı. Çünki hər kəs bir-birini yaxşı tanıyır və bir mövsüm ərzində 4 dəfə qarşılaşırsan. Amma 18 komandalı çempionatda komandalar bir-biriylə cəmi 2 dəfə qarşılaşır. Hər iki sistem çox fərqlidir.


- Türk dilini bilirsiniz, bəs Azərbaycan dilini öyrənmək istəmirsiz?

- Hər iki dil bir-birinə çox bənzəyir. Sadəcə, Azərbaycan dilində rus dilindən alınma sözlər çoxdur. Amma belədə Azərbaycan dilində danışılanda başa düşürəm. Hansısa ölkəyə gedirsənsə, dili öyrənməyin lazımdır.

 





17.09.2017    çap et  çap et