«Mən, baş prokuror kimi, sizə aydın və dəqiq deyirəm: Saakaşvili bu iş üzrə həbs edilməyəcək. Nə qədər ki, onda daimi yaşamaqla bağlı şəhadətnamə və ya başqa sənədlər var, hansıları ki, o təqdim edir, Saakaşvili bu ölkədən ekstradisiya da oluna bilməz», - deyə baş prokuror vurğulayıb.
Lusenko daha sonra əlavə edib: «Kimlər ki, onu sərhəddən keçiriblər, cinayət işi üzrə problemləri olacaq, amma həbs edilməyəcəklər. Lakin kimlər ki, Ukrayna sərhədçilərini vurublar, həbs ediləcəklər. Onlar yeddi il oturmalıdır ki, bütün siyasətçilər yadda saxlasınlar: mitinq etmək olar, hətta lazımdır, amma Ukrayna sərhədini qoruyan əsgərləri vurmaq olmaz!»
Baş prokuror həmçinin qeyd edib ki, Saakaşvili Ukrayna vətəndaşlığı ilə bağlı öz problemini həll etmək imkanına malikdir.