Vaxt.Az

FİFA Braziliyanı hədələdi


 

Qurumun rəsmisi Jerom Valke narahatdır

FİFA Braziliyanı hədələdi DÇ-2014-ə ev sahibliyi edəcək Braziliya FİFA-dan növbəti xəbərdarlıq alıb. Futbolinfo.az xəbər verir ki, artıq mundialın başlamasına 4 aydan bir az çox qalmasına baxmayaraq, hələ də hazır olmayan stadionlar var.
Kuritiba şəhər stadionu bunların içində ən ləng iş aparılan arenadı. FİFA-nın baş katibi Jerom Valke sözügedən stadionun turnir başlayanadək hazır olmayacağından ehtiyatlandıqlarını bildirib. O, bu gedişlə Kuritibada matçların oynanılmasına icazə verməyəcəklərini vurğulayıb.
Qeyd edək ki, Braziliyada 12 stadiondan 6-ı tam hazır vəziyyətdədir.
 





23.01.2014    çap et  çap et