«Çox gözəl bir gün yaşadıq.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə «Gəncə Marafonu» möhtəşəm keçdi. Azərbaycanın qədim tarixə sahib Gəncə şəhəri «İradənlə tarix yaz», «Marafonda bizimlə ol» şüarı altında regionlar arasında marafona ev sahibliyi edən ilk şəhər oldu və möhtəşəm ev sahibliyi etdi.Qədim və sevimli Gəncəmiz adına çox sevindim. «Gəncə Marafonu–2017» Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub. Hər 3 təşkilata böyük təşəkkürümü bildirirəm. Gəncə şəhərində «Zəfər Tağı»ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, «Gəncəçay» bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edən marafonda 10 mindən çox insan iştirak etdi. Gənclər arasında gözəl abu-hava görməyə dəyərdi. Sadəcə Gəncə üçün deyil,ətraf bölgələr və bütün ölkəmiz üçün əhəmiyyətli tədbir oldu. Sağlam həyata insanları təşviq edir eyni zamanda. Gücümüzün çatdığı qədər gənclərlə bərabər qaçmağa çalışdıq, gözəl söhbətlər etdik,onlardan gözəl enerju aldıq. Əziz Mehriban xanıma, dəyərli Anar müəllimə, RİİB-nin bütün əməkdaşlarına, Elmar müəllim başda olmaqla Gəncə şəhər icra hakimiyyətinin bütün kollektivinə, gözəl çalışan könüllülərə və sevgi dolu əziz Gəncəlilərə çox təşəkkürlər. İnanırıq ki digər bölgələrimizdə də bu cür marafonlar olacaq».