O, ölkəsində mövcud olan problemləri açıq etiraf edərək hakimiyyəti və bütün erməniləri onların həllində iştirak etməyə çağırıb: «Ermənistanda işsizliyin səviyyəsi azaldılmalı, miqrasiya probleminin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atılmalıdır. Bu problemlərin həlli üçün heç bir erməni öz vətənindən üz çevirməməli, ona kömək etməlidir».
Xatırladaq ki, bu gün Karen Dəmirçyan adına İrəvan İdman-konsert kompleksində 6-cı Ermənistan–Diaspora Forumu açılıb.
Forumda dünyanın 70 ölkəsindən 1500 insan, Ermənistan hakimiyyətinin nümayəndələri və ruhanilər iştirak edir. Forum çərçivəsində 3 plenar və 16 tematik iclas olacaq, mədəni tədbirlər keçiriləcək. Forum 20 sentyabra qədər davam edəcək.