Vaxt.Az

«Barsa» başsız qaldı


 

Rosell Neymarın transferindəki saxtakarlığa görə istefa etdi

«Barsa» başsız qaldı Dünya futbolunun günlərdi reallaşmasını gözlədiyi istefa nəhayət ki, gerçək olub. Futbolinfo.az xəbər verir ki, «Barselona»nın prezidenti Sandro Rosell Neymarın transferindəki saxtakarlıq iddialarından sonra postunu tərk edib.
Mövsümün əvvəlində 57 milyon avroya Braziliya «Santos»undan alınan gənc futbolçunun transferinin əslində 97 milyon avroya reallaşdığı və aradakı 40 milyonun Rosell tərəfindən mənimsənildiyi iddiaları günlərdi bütün İspaniyanı silkələməkdə idi. Hər fürsətdə transferin 57 milyon avroya reallaşdığını söyləyən Sandro bu xəbərlər qarşısında daha çox müqavimət göstərə bilməyib və istefa verib. Onun Bakı vaxtı ilə gecə saatlarında istefasını mətbuat konfransı ilə rəsmən açıqlayacağı gözlənilir.
 





23.01.2014    çap et  çap et