Vaxt.Az

Gedin, nağılınızı yazın!


 

... Yaxud Azərbaycan futbolunun bəlalarının əlifba sırası ...

Gedin, nağılınızı yazın! Azərbaycan futbolunun hansı durumda və necə idarə olunduğu barədə kiməsə nağıl danışmağa ehtiyac yoxdu ki. Hər kəs hər şeyi görür. Ancaq buna baxmayaraq, nağıl danışmaq həvəsində olanlar hələ də var. Bu nağılçılar Azərbaycan futbolunun problemlərindən, bu problemi yaradan bəladan danışırlar. Amma əsas səbəbkarı kiçiltməklə. Nağılçılar Azərbaycan futbolunun əsas bəlası kimi AFFA-nın baş katibi Elxan Məmmədovu təqdim edirlər. Bu nağılçılar saxta tarixçilərlə müqayisə olunar ancaq. Bəli, Elxan Məmmədov Azərbaycan futbolunun bəlasıdı. Ancaq əsas bəlası yox. Azərbaycan futbolunun əsas bəlası AFFA-nın prezidenti Rövnəq Abdullayevdi. Nağılçılar Azərbaycan futbolunun bəlasını kiçiltməklə, əsas bəlaya bəraət qazandırırlar, onu qoruyurlar. Deməli, nağılçılar həm də özləri bəlaya çevrilirlər. Azərbaycan futbolunun bəlasına.

Özləri bilərlər. Amma onu bilmələri vacib ki, indi zəmanə nağıllara inanmalı zəmanə deyil. İndinin uşaqlarını da nağılçıların yazdıqları nağıllara inandırmaq mümkünsüzdü. Axı sən hansı uşağı inandıra bilərsən ki, birinci divizionun qalibi olan «Turan Tovuz»un yerinə «Səbail»i Premyer Liqaya baş katib pərçim edib? Söhbət o «Səbail»dən - Rövnəq Abdullayevin oğlunun komandasından gedirsə, nağılçıların prezidenti qoyub, baş katibi ittiham etməsi, belə, bir qədər əcaib görkəm yaradır ey. Elə nağılın da, nağılçının da.

Dədə balası, Rövnəq Abdullayevi tənqid edə bilmirsizsə, etməyin də. Buna görə sizi heç kim ittiham etməyəcək. Amma o boyda bəlanın da bəlalarını baş katibin çiyninə yükləmək şarlatanlıqdı axı. Yaxşı, deyək ki, sabah Elxan Məmmədov baş katib postundan getdi... Düzələcək Azərbaycan futbolu? Yox! Bunu özünüz də bilirsiz axı. Onda, utanmayacaqsız?

Azərbaycan futbolunun bəlalarını əlifba sırasına görə yox, yekəliyinə görə sadalayıram: Rövnəq Abdullayev, Ramin Musayev, Elxan Məmmədov. Di, gedin, nağılınızı yazın!

 





18.09.2017    çap et  çap et