Vaxt.Az

Helikopter jurnalistləri bombaladı


 

Rusiyanın təlimində iki mülki şəxs ağır yaralandı və maşınlar yandı

Helikopter jurnalistləri bombaladı Qərbdə böyük narahatlıqla izlənilən Rusiya-Belarus «Qərb-2017» hərbi təlimləri zamanı Sankt-Peterburq yaxınlığındakı «Lujsk» poliqonunda Ka-52 vertolyotundan buraxılan «hava-yer» raketi tamaşaçıların yaxınlığına düşüb. Virtualaz.org xəbər verir ki, insident vertolyotların poliqonda növbəti vəzifəni yerinə yetirməsi zamanı baş verib, hansısa səbəbdə raket kursdan yayınıb və tamaşaçıların dayandığı tərəfdə partlayıb. Bu zaman azı iki avtomobil yanıb, qəlpələr iki nəfəri ağır yaralayıb. Onların jurnalistlər olduğu bildirilir.

«Bu, hansısa tamaşa ərəfəsində məşq idi. Çox güman ki, jurnalistlər zərər çəkdilər», - şahidlərdən biri 66.ru saytına bildirib. İnsidentin ötən gün baş verdiyi bildirilir. «Lujsk» poliqonuna «Qərb-2017» təlimlərini izləmək üçün çoxsaylı jurnalistlər, o cümlədən Qərb jurnalistləri toplaşıb. Prezident Vladimir Putin də ötən gün həmin poliqonda təlimləri izləyib. İnsidentin Putinin poliqona gəlişindən əvvəl baş verdiyi təxmin edilir. Rusiya Müdafiə Nazirliyi insident barədə məlumat yaymayıb.

 





19.09.2017    çap et  çap et