Qeyd edək ki, «Unibank» 2006-cı ildən Azərbaycan İpoteka Fondunun fəal müvəkkil bankları sırasındadır. Bank bir müddət əvvəl «MİDA» MMC ilə əməkdaşlıq müqaviləsi imzalayıb və Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzillərin də ipoteka kreditləri ilə satışında Unibank iştirak edir.
İpoteka kreditləri «Unibank»ın Bakıda «17 saylı» («Sahil») filialında, bölgələrdə isə «Sumqayıt» və «Kəpəz» filiallarında ayrılır.
«Unibank»ın ipoteka müştəriləri kredit ödənişlərini banka gəlmədən, öz telefonlarında həyata keçirə bilirlər. Bunun üçün öz smartfonlarından «Unibank» Mobile əlavəsinə daxil olaraq, «hökumət ödənişləri» bölümünü seçmək lazımdır.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
«Unibank» - hər kəsin bankı!