Qəzet çap olunan günün səhəri redaksiyanı polis, prokurorluq işçiləri bürüdü. Qəzetin redaktoru kimi məni itələyə-itələyə maşına basıb, baş prokurorluğa Əli Ömərovun kabinetinə apardılar. Kabinetdə haradasa 7-8 adam vardı. Biri də qadın idi.
Elə içəri girən kimi başladı bağırmağa: «Hansıdır, tez elə denən görüm».
Mən çiynimi çəkib bilmirəm dedim. Əslində nə baş verdiyini də anlamırdım. Səsini lap ucaltdı: Denən görüm hansıdır?
Mən bu adamları tanımırdım, ilk dəfəydi ki görürdüm. Yenə «tanımram dedim, bu adamlar kimdir ki» deyə soruşdum. Sən demə, Əli Ömərov «Mister X»i, «Mister Xı» kimi başa düşübmüş. Prokurorluqda adı «Xı» hərfiylə başlayan (Xalid, Xanlar, Xasay, Xuraman və s.i) nə qədər adam var yığıb tökmüşdü kabinetinə…
(Ardı olacaq)