Vaxt.Az

7 düşmən məhv edilib


 

Cəbhə xəttini keçməyə cəhd erməni hərbiçilərin meyitlərinin görüntüləri də var

7 düşmən məhv edilib Füzuli rayonu istiqamətində cəbhədə provokasiyalara cəhd edən 7 erməni hərbçisi öldürülüb. Bu barədə «AzeriDefence.com» saytı cəbhə xəttindəki Azərbaycan Ordusunun yüksək rütbəli hərbçisi məlumat verib.
Ordu zabitinin sözlərinə görə, Azərbaycan tərəfi ermənilərin provokasiya planları barədə əvvəlcədən məlumatlı olub. Həyata keçirilmiş preventiv tədbirlər nəticəsində Qorqan istiqamətində 3, Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində isə 4 erməni hərbçisi öldürülüb.
«Bizdə olan dəqiq məlumatlara görə öldürülmüş erməni əsgərlər Dağlıq Qarabağdan hərbi xidmətə çağırılmışlardır. Onların 3-ü düşmənin xüsusi təyinatlı dəstələrinin hərbçiləridir. Onların meyitlərinin görüntüləri belə var» - deyə zabit vurğulayıb.
Cəbhə xəttində düşmənin bütün hərəkətlərinin nəzarət altında olduğunu deyən zabitin sözlərinə görə, yanvarın 21-də axşam saatlarında və ötən gün bir neçə istiqamətdə ermənilərin cəbhə xəttindəki döyüş postlarına əlavə qüvvələr yerləşdirməsi müşahidə olunub: 
«Bizdə olan məlumatlara görə, ermənilər vəziyyətin kritik olduğu nöqtələrə xüsusi hazırlıq görmüş hərbçilər yerləşdirir. Eyni zamanda dünən gecə ermənilərin cəbhənin bəzi sahələrində istehkam-bərkitmə işləri apardığı qeydə alınıb və onların barəsində müvafiq tədbirlər görülüb».
 





23.01.2014    çap et  çap et