Vaxt.Az

Trampdan Ərdoğana dəstək


 

ABŞ və Türkiyə prezidentləri kürdləri hədələdi

Trampdan Ərdoğana dəstək ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan İraq Kürd Muxtariyyətində müstəqillik referendumuna qarşı çıxış edərək, onun keçiriləcəyi təqdirdə ciddi fəsadlara səbəb olacağını bəyan ediblər.

Virtualaz.org-un RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Ağ Evin Nyu Yorkda D.Tramp və R.T.Ərdoğan arasında baş tutan görüşün yekunlarına dair məlumatında bildirilir.

«Prezidentlər kürd liderlərini bütün məsələlər üzrə intensiv danışıqlar prosesinə başlamağa çağırıblar. ABŞ və Türkiyə bu prosesi qəbul etməyə və hərtərəfli dəstək verməyə hazırdır», - deyə Ağ Evin məlumatında vurğulanır.


***


00:11

Nyu-Yorkdakı «Lotte New York Palace» otelində ABŞ prezidenti Donald Trampla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.

Virtualaz.org bildirir ki, bu barəfə «CNN Türk» xəbər yayıb.

Görüşdən əvvəl liderlər jurnalistlər qarşısında qısa bəyanatlarla çıxış ediblər.

Donald Tramp öz türk həmkarını dost adlandırıb və bildirib ki, ABŞ və Türkiyə heç vaxt olmadığı kimi yaxındırlar. «O mənim dostum oldu, o öz liderliyinin çox yüksək qiymətini alır», — deyə ABŞ prezidenti Amerika telekanallarının translyasiya etdkləri görüşdə bildirib.

 





22.09.2017    çap et  çap et