Prezident Enrique Peña Nieto bildirib ki, çərşənbə axşamı günü baş vermiş zəlzələ nəticəsində yaralananların xilas edilməsi «ən mühüm» məsələ olaraq qalır.
Zəlzələ nəticəsində onlarla bina uçub, milyonlarla insanın elektrik enerjisi ilə təchizatı kəsilib.
Xilasedicilərin güman etdiyinə görə, paytaxt Mexikoda yerləşən 10 binada hələ də insanlar qala bilər.
Ölənlərin sayına dair yeni rəqəmlər Meksika fövqəladə hallar xidməti və prezident ofisi tərəfindən açıqlanıb.
Xilasetmə əməliyyatı 3-cü gündür ki, davam edir.
Bu arada, əsas diqqət yetirilən obyektlərdən biri də paytaxtda yerləşən Enrique Rébsamen məktəbidir.
Onun dağıntıları altından qadın müəllimənin cəsədi aşkar edilmişdi.
500-dən çox əsgər və dənizçi 200 polis əməkdaşı ilə birgə ərazidə aparılan işlərdə könüllü olaraq iştirak edir.
Rəsmilərin dediyinə görə, 11 uşaq xilas edilib, 19 uşaq və 6 böyük həlak olub.
Məktəbin şagirdləri arasında hazırda itkin düşmüş sayılan yoxdur.