«Azərbaycan Dəmir Yolları» QSC və «Gürcüstan Dəmir Yolları» dövlət şirkəti Bakı-Tbilisi-Qars layihəsinin operatoru olan birgə müəssisə yaradacaqlar. «APA-Economics» xəbər verir ki, bu barədə «Standard & Poor’s» (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı xəbərdə deyilir.Məlumatda deyilir ki, ilkin mərhələdə adıçəkilən dəmir yolu ilə az həcmdə yüklərin daşınması «Gürcüstan Dəmir Yolları»nın fəaliyyətinə ciddi təsir etməyəcək. S&P qeyd edir ki, dəmir yolu layihəsinin Gürcüstandan keçən hissəsinin tikintisi Azərbaycandan alınan kredit hesabına maliyyələşdirilib. «Bunu nəzərə alaraq biz «Gürcüstan Dəmir Yolları»nın qeyd edilən infrastrukturun sahibi olacağını ehtimal etmirik», - deyə məlumatda vurğulanıb.
Bundan öncə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov bəyan edib ki, Bakı-Tbilisi-Qars layihəsinin rəsmi açılış mərasimi oktyabr ayının 28-də baş tutacaq.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaradılmasına dair hökumətlərarası saziş 2007-ci ildə imzalanıb.
Layihənin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi üçün Azərbaycan hökuməti Gürcüstana 775 milyon dollarlıq kredit ayırıb.
çap et