Vaxt.Az

Xalq şairinin baş həkim olan kürəkəni vəfat etdi


 

Ziya Əsədov ürək tütmasından dünyasını dəyişib

Xalq şairinin baş həkim olan kürəkəni vəfat etdi Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasının baş həkimi Ziya Əsədov vəfat edib. APA-nın xəbərinə görə, Ziya Əsədov bu gün səhər saatlarında dünyasını dəyişib.

Onun gecə yatdığı, səhər yuxudan ayılmadığı bildirilir.

Səhiyyə Nazirliyindən APA-ya məlumatı təsdiqləyiblər. Məlumata görə, 63 yaşlı Z.Əsədov dünən gecə saatlarında ürək tutmasından vəfat edib.

Z. Əsədovla bu gün günorta saat 15:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Ziya Əsədov görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin kürəkənidir.

 





25.09.2017    çap et  çap et