Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bu gün Kiyevdə keçirilən mitinqdə oktyabrın 17-də Ukraynanın paytaxtında keçirilməsi planlaşdırılan aksiyalar zamanı Nazirləri Kabinetinin bütün üzvlərini «yerindən oynadacağını» bildirib.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, oktyabrın 17-də Kiyevdə bir neçə mitinqin keçirilməsi planlaşdırılır.
Saakaşvilinin də həmin mitinqlərə qatılacağı və çıxış edəcəyi gözlənilir: «Biz 17 oktyabrda bura qayıdacağıq və Ukrayna xalqı onları oradan tərpədəcək».
O həmçinin bildirib ki, bu gün «tərəfdarlar axtarışı» üçün yenidən Lvova baş çəkəcək.
çap et