Vaxt.Az

«LukOil» 85 milyardlıq investisiya proqramı hazırlayır


 

Amerikalı və ərəb milyarderlər Ələkbərovun zavoduna göz dikib

«LukOil» 85 milyardlıq investisiya proqramı hazırlayır «LukOil» üç illik inkişaf və on il müddətinə konsepsiya proqramı hazırlayır. Hansı ki, bu proqramlar çərçivəsində 80-85 milyard dollar investisiya yatırmağı hədəfləyir.

Şirkətin rəhbəri Vahid Ələkbərov neft hasilatının 100 milyon ton ətrafında saxlanacağını deyib. Qaz hasilatının isə 35-40 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır: «Biz hesab edirik ki, qarşıdakı 10 ildə biz 1,1-1,2 milyard ton təbii qaz ehtiyatı yarada bilərik».

V.Ələkbərov üç illik proqram dövründə neftin qiymətini 50 dollar, dolların rubla nisbətdə məzənnəsini isə 62-64 rubl hesabladıqlarını deyib.

Bu arada o da məlum olub ki, ABŞ-dan və Fars körfəzindən olan investorlar «LukOil» şirkətinin Siciliyadakı neft emalı zavodunu almağa maraq göstərirlər.

Virtualaz.org bildirir ki, bunu «Rusiya 24» telekanalına müsahibəsində şirkətin prezidenti Vahid Ələkbərov özü deyib.

«Bunlar öz neftlərini Avropada sabit şəkildə çatdırmaqda və paylamaqda maraqlı olan ABŞ-ın böyük neft emalçıları, Beynəlxalq İnvestisiya Fondu və Fars körfəzi dövlətini təmsil edən milli şirkətlərdən biridir», - deyə V.Ələkbərov vurğulayıb.

 





25.09.2017    çap et  çap et