Vaxt.Az

Ərdoğan nefti bahalaşdırdı


 

Türkiyə prezidentinin kürd separatçıları hədələməsi qiymətləri qaldırdı

Ərdoğan nefti bahalaşdırdı «Brent» nefti, Türkiyənin Şimali İraqdan neft nəqlini dayandıra biləcəyi xəbərdarlığının ardından iki ilin ən yüksək səviyyəsinə qalxıb. «Marja» xəbər verir ki, dünən və bu gün birlikdə neft 4,5 faizə yaxın bahalaşıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İraqın şimalında kürdlərin keçirdiyi müstəqillik referendumu səbəbindən verdiyi açıqlamada, Türkiyənin İraqın Kürd bölgəsindən ərazisindən neft ixracatını dayandıra biləcəyini qeyd edib.

Siyasi statusu mübahisəli olan neftlə zəngin Kərkük başda olmaqla, fərqli etnik qrupların yaşadığı bölgədə yeni münaqişənin baş verəcəyi xofu mövcuddur.

Digər tərəfdən, BP Plc-nin yüksək vəzifəli bir rəhbərinə görə, OPEC və tərəfdaşları, bazarın yenidən tarazlığa qovuşa bilməsi üçün, hasilatın azaldılmasını Mart ayından sonrakı dövrə də uzatmalıdır.

Bu ay neft qiymətləri, xam neft tələbinin artmaqda olduğuna dair təxminlər və Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) hasilat məhdudiyyətlərini davam etməsi ilə 10 faizdən çox bahalaşıb.

Ətrafı quru ərazilər olan İraqın Kürd bölgəsi, Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına çatan neft boru xəttilə gündəlik 700,000 barelə qədər neft ixrac edə bilir.

Analitiklər bildirirlər ki, geo-siyasi problemlər davam etmə meyli göstərər və bu vəziyyət qiymətlərin daha uzun bir müddət yüksək qalmasına səbəb ola bilər.

Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, «Brent» nefti, Londonda «ICE Futures Europe» birjasında 59.41 dollardan,  «WTI», «Nymex» bazarında isə 52.23 dollardan alıcı tapıb.

 





26.09.2017    çap et  çap et