Onun sözlərinə görə, kimsə işdən getmək istəyirsə, öz işidir: «Heç kimin iradəsinə qarşı çıxmaq olmaz. İşdən getmək istəyi ilə mənə cəmi 3 nəfər müraciət edib. Hələlik mən onların adlarını açıqlamaq istəmirəm».
A. Xəlilov qeyd edib ki, Turan İbrahimovun aparıcısı olduğu «ATV Səhər» verilişinin yayımı dayandırılıb: «Vüqar Qaradağlının rəhbərlik etdiyi administrasiyadan mənə bildirilib ki, Turan İbrahimovun aparıcısı olduğu verilişin yayımı hələ bu gün səhər saatlarında dayandırılıb. Bundan əlavə, Azər İsmayılovun aparıcısı olduğu «Yoxlama» verilişi də qapadılıb. Əlbəttə ki, bu verilişlərin yayımı dayandırılıbsa, Turan İbrahimov və Azər İsmayılov işdən azad ediləcəklər. Onların telekanalda çalışmalarına ehtiyac qalmayacaq».
Qeyd edək ki, bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.
Onun yerinə A. Xəlilov təyin olunub.
A.Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.
***
15:54
ATV telekanalının kollektivi buraxılıb. virtualaz.org-a məlum olub ki, bu, Vüqar Qaradağlının telekanalın direktoru vəzifəsindən uzaqlaşdırılmasından dərhal sonra baş verib.
Məlumata görə yeni rəhbərlik tərəfindən telekanalın bütün departament rəhbərləri, aparıcılar və «ATV Səhər» proqramının müəllifi Turan İbrahimov işdən çıxarılıb.
***
14:33
Bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.
APA-nın məlumatına görə, onun yerinə Azər Xəlilov təyin olunub.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli A. Xəlilovu artıq kollektivə təqdim edib.
A.Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.