Özbəkistanda pambıq yığımında qul əməyindən istifadə uzun illərdir ki, beynəlxalq təşkilatları ciddi narahat edir və onlar hökumətdən buna son qoymağı tələb edirlər. Lakin bu Orta Asiya ölkəsində büdcə zəhmətkeşlərinin, tələbələrin və orta məktəb şagirdlərinin hər il zorla pambıq yığımına cəlb edilməsi adi praktikadır.
Özbəkistan mənbələri xəbər verir ki, Aripovun çıxışından bir neçə sat sonra büdcə zəhmətkeşlərini və tələbələrini pamblq tarlalarına aparılan avtobuslar yoldan geri qayıdıb. «Bizi saat 3-də oyatdılar, dedilər ki, geri qayıdırıq. Saat 5-də biz artıq Navoyda idik, hazırda isə dərsdəyik»-pambıq yığımına cəlb edilmiş tələbə deyib.
«Azadlıq» radiosunun özbək xidmətinin bildirdiyinə görə bəziləri bu əmrin Avropadan Özbəkistanda qul əməyindən istifadəni yoxlamaq üçün gələnlərlə bağlılığını güman edirlər. Belə ki, cəmi bir gün əvvəl pambıq yığımına aparılmış tələbələr ertəsi gün geri qaytarılıblar.
Özbək-alman insan haqları forumunun rəhbəri Ümidə Niyazova hesab edir ki, qadağa BMT Baş Assambleyasının sessiyası zamanı Dünya Bankının prezidenti Cim Yen Kim Özbəkistan prezidenti Şövkət Mirziyayevlə görüşündə pambıq yığımında qul əməyindən istifadə məsələsini qaldırıb. Prezident insanların zorla pambıq yığımına cəlb edilməsinə son qoyacağını bildirib.