Parlamentin Rəyasət Heyətinin sözçüsü Bəhruz Neməti toplantı barədə jurnalistlərə açıqlamasında bildirib ki, Ə.Şəmxani İraq Kürdüstanında keçirilən referendum və bölgədə bununla bağlı baş verən hadisələrə dair çıxış edib və İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib: «Məsələlər müzakirə yolu ilə həll olunmalıdır. İraqın ərazi bütövlüyü ölkə Konstitusiyası və beynəlxalq müqavilələrə əsasən qorunmalıdır».
Toplantının yekunları əsasında bəyanat qəbul edilib. Bəyanatda İraqın parçalanmasına yönəlmiş referendum pislənib. Millət vəkilləri İraq mərkəzi hökumətini dəstəklədiklərini bildiriblər.