Raketin uçuşu başlayandan sonra Rusiyanın cənub regionlarının sakinləri səmada «uçan naməlum obyekt» göründüyü haqda sosial şəbəkələrdə bir-birlərini xəbərdar ediblər. Raket Azərbaycan və Ermənistanın da üzərindən keçib. Nəticədə bəzi sakinlər ballistik raketi uçan naməlum obyekt zənn ediblər. Məsələn, Mingəçevir sakini Elsevər Cəfərli saytlardan birinə danışıb ki, o, ötən gün axşam səmada naməlum obyekt görüb. Sakin obyektin səmada işıq saça-saça uçduğunu, daha sonra yox olduğunu deyir.
Xatırladaq ki, Rusiya sentyabrın əvvəllərində Plesetsk poliqonundan «eksperimental başlıqlı «Yars» ballistik raketini buraxıb. Raket Kamçatkadakı Kura poliqonunda təyin edilmiş hədəfi vurub.