İstefanın əsas səbəbi kimi Ramazan Abdulatipov yaşını göstərib: «İstefanın səbəbi yaşdır, artıq 71-ə çatmışam. Mən düşünürəm ki, səbəb budur, çünki bütün qalan məsələlər üzrə respublika inkişafdadır, o, vaxtilə yaşadığı ağır böhrandan çıxarılıb».
***
13:20
Dağıstanın rəhbəri Ramazan Abdulatipov vəzifəsindən azad edilib.
Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, Abdulatipov təcili olaraq Rusiya Prezident Administrasiyasına çağırılıb və ona bir neçə yeni vəzifə təklif olunub.
«Bu, onun üçün gözlənilməz idi, heç kim bilmirdi. Abdulatipov səlahiyyət müddətinin sonuna qədər işləməyi planlaşdırırdı», - deyə region rəhbərinə yaxın olan mənbə «RBK»-ya bildirib.
Digər mənbə isə iddia edir ki, Ramazan Abdulatipov öz istəyi ilə işdən azad olunub və istefa ərizəsi yazıb.
Yeri gəlmişkən, «RBK» Kremldəki mənbələrinə istinadən hələ bir müddət əvvəl bildirmişdi ki, onlarda təxminən 10 regionun başçısının mümkün istefası haqqında məlumat var.