Vaxt.Az

«Hələlik yeganə göstəriş odur ki, ...»


 

ATV prezidentindən Vaqif Aydınoğlunun təyinatı ilə bağlı açıqlama

«Hələlik yeganə göstəriş odur ki, ...» «Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yanlışdır».

Bunu açıqlamasında şirkətin prezidenti Azər Xəlilov deyib. O bildirib ki, hələ heç bir rəsmi təyinat olmayıb: «Ümumiyyətlə, vitse-prezident vəzifəsini hələ ki, heç kim icra etmir. Heç bir şəxsi heç bir vəzifəyə təyin etməmişik. Hələlik yeganə göstəriş odur ki, iş davam edir».

«Təyinatlarla bağlı yayılan xəbərlər səhv, təhrif olunmuş, yanlış məlumatlardır», - deyə A.Xəlilov əlavə edib.

Qeyd edək ki, bu gün bəzi KİV-lər Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yayıb.

 

***

 

16:28

«Azad Azərbaycan» Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezident vəzifəsinə təyinat olub.

APA xəbər verir ki, vitse-prezident vəzifəsi müvəqqəti olaraq ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib.

ATV-nin İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.

Qeyd edək ki, telekanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov dünən öz ərizəsi ilə işdən azad edilib.

Dünən «Azad Azərbaycan» Müstəqil Teleradio Kompaniyasının təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı da vəzifəsindən azad olunub. Onun yerinə Azər Xəlilov təyin edilib.

A.Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.

 





27.09.2017    çap et  çap et