Vaxt.Az

Ziya Məmmədovun bacısı işdən çıxarıldı


 

«Təhsil Nazirliyə korrupsiya və rüşvətlə bağlı çoxsaylı şikayətlər daxil olmuşdu»

Ziya Məmmədovun bacısı işdən çıxarıldı Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı «Tərəqqi» liseyinin direktoru Məhbubə Məmmədova işdən azad olunub. Bu barədə virtualaz.org-a Təhsil Nazirliyindən deyiblər.

Mənbənin bildirdiyinə görə direktor işdən çıxmaq üçün özü ərizə yazıb. Təhsil naziri Məmmədovanın ərizəsini nəzərə alıb və onun işdən azad edilməsi haqda əmri imzalayıb. «Lakin bundan əvvəl də onun barəsində nazirliyə korrupsiya və rüşvətlə bağlı çoxsaylı şikayətlər daxil olmuşdu», - mənbə deyib.

Məbubə Məmmədovanın direktor olduğu liseydə şagirdlərdən müxtəlif bəhanələrlə pul yığılması, liseyə qəbul zamanı rüşvət alınması kimi iddialarla bağlı indiyədək mətbuatda dəfələrlə yazılmışdı. Ötən həftə valideynlərin şikayəti əsasında Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma aparılıb. Mənbə deyib ki, direktor araşdırma başlayanda artıq işdən azad edilmişdi.

 





28.09.2017    çap et  çap et