Onun sözlərinə görə, tələbələrin etirazları hələ bir neçə gün davam edəcək. Universitetin rektoru Sahak Minasyan təşvişə düşərək tələbələrlə danışıqlar aparmağa cəhd edib.
Qeyd edək ki, Şirak Dövlət Universitetinin müəllimləri Ermənistan prezidentinə və baş nazirə açıq məktubla müraciət edərək Respublikaçı rektor Sahak Minasyanın universiteti məhv etdiyini bildiriblər. Müraciətdən sonra Sahak Minasyan və universitetin Elmi Şurası Hovannes Xorikyanın Tarix və Fəlsəfə kafedrasının müdiri vəzifəsindən azad edilməsinə dair qərar qəbul edib. Bu qərar tələbələrin etirazına səbəb olub. Universitetdə artıq iki gündür ki, dərslər boykot edilir.