virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, təmas xəttinin cənub-şərq istiqamətində erməni qüvvələrinin əsgəri, 1998-ci ildə anadan olmuş Seyran Sərkisyan ölümcül güllə yarası alıb. Qondarma "dqr müdafiə nazirliyi" iddia edir ki, Sərkisyan Azərbaycan mövqelərindən açılan atəşlə öldürülüb. İnsident bu gün saat 15.00 radələrində baş verib.