Vaxt.Az

ABŞ-ı kim idarə edir?


 

Siyasi ekspert: «Hər gün daha çox aydın olur ki, ölkənin 45-ci prezidenti Respublikaçılar Partiyasıdır»

ABŞ-ı kim idarə edir? Donald Trampın bir çox keyfiyyətlərə görə ABŞ tarixinə düşəcək prezidentlərdən biri olacaq. Özü də maraqlıdır ki, siyasi təhlilçilər onu zəifliyinə görə də seçilən Amerika prezidentləri sırasında görürlər. Trampı zəiflədilmiş prezident saymaq olarmı?

Siyasi şərhçi Yeganə Hacıyeva bildirdi ki, ABŞ ın 45-ci prezidenti Donald Trampın prezidentliyinin ilk günləri qələbəsində kənar ölkənin təsirlərin rolu olduğu,  seçki kampaniyası zamanı yaxın ətrafının bu kənar təsirlə sıx əlaqədə olduğu, özünün isə bu ölkədə biznes öhdəliyinin olması iddialar ilə başlayıb: «İnaqurasiyasından bir neçə gün sonra komandasının təhlükəsizlik üzrə cavabdeh şəxsin Rusiya ilə əlaqələrinin üzə çıxması, ardınca komandasının bir neçə üzvünün  eyni iddialarla üz üzə qalması və istefa verməsi onun bir prezident kimi ABŞ siyasi istablişmentdə və cəmiyyətdə mövqelərini zəiflətdi. Vəziyyəti Trampın özünün də ard-arda atdığı məqsədi və təşəbbüsü çoxlu suallar doğuran addımları, qərarların qəbulunda özünün və xüsusi ilə adminstrasiyasının səriştəsizliyi gərginləşdirdi. Nəticədə Donald Tramp Ağ Ev tarixində 6 ay ərzində üzvlərinin ən çox istefa verdiyi bir adminstrasiya kimi yaddaşlarda qalacaq».

Siyasi ekspertin fikrincə, ABŞ-ı sanki Tramp idarə eləmir: «Donald Trampın inaqurasiyasından sonra keçən bir neçə ay ərzində Ağ Evin yeni administrasiyasının qanunların və qəbulların prosedurlarında, adminstrasiya daxili və xarici  münasibətlərdə hərc-mərclik, sərgilədikləri qeyri-peşəkar və səriştəsiz fəaliyyət nüfuzlu Respublikaçılar Partiyası üzvlərini vəziyyəti nəzarətə götürməyə vadar etdi. Siyasətdə yeni və təcrübəsiz prezident və komandasının addımlarında korrektələr edilməyə də vadar oldular. İndi hər gün daha çox aydın olur ki, ABŞ-ın 45-ci prezidenti Respublikaçılar Partiyasıdır. Trump prezidentliyə Amerikanın ənənəvi siyasi istablişmentindən deyil, iqtisadi və şou dairələrindən gəlmiş biridir. Onun seçki platforması, seçki təbliğatı və inauqurasiyası zamanı tərzindən və sərgilədiyi mövqeyindən aydın idi ki, ABŞ-ı əvvəlkilərdən çox fərqli bir prezident idarə edəcək. Tramp seçki zamanı Amerikaya onu daha da böyük edəcək, kardinal  dəyişikliklər gətirəcək bir prezidentlik söz vermişdi».

 





30.09.2017    çap et  çap et