Vaxt.Az
«Bir il sonra çökəcək»
«Neftin qiyməti 60 dollara düşərsə...»
«Hermitage Capital» investisiya fondunun rəhbəri Uilyam Bruderin fikrincə, əgər neftin bir barrelinin qiyməti 60 dollardan yuxarı qalxmazsa, Putin rejimi bir il sonra çökməyə məhkumdur. Modern. az saytı xarici KİV-ə istinadən bildirir ki, özünü «Putinin bir nömrəli düşməni» adlandıran Brauder bunu Davos forumunda Britaniya qəzeti «The Telegraph»ın redaktoru Ambrozu Evans-Pritçarda deyib. Onun sözlərinə görə, neftin qiyməti 60 dollara qədər düşəcək, nəticədə bir il sonra Putin olmayacaq. Brauder hesab edir ki, Rusiya beynəlxalq ehtiyatlarını xilas edə bilməyəcək (indi bu 500 milyard dollardır):
«Rusiyada Ukraynadakına bənzər kütləvi aksiyalar üçün kifayət qədər dəlillər də var, amma bunun üçün hərəkətverici amili neft və Rusiyanın iqtisadiyyatında artmaqda olan durğunluq olacaq. Putin bunu yaratmaq istəsə də, Rejimin fərqli ideoloji bazası yoxdur. Müttəfiqləri bəlaya sürükləndiyini hiss edən kimi Rusiyadan üz döndərəcəklər».
24.01.2014 çap et