Vaxt.Az

Hotellərin gəliri artıb


 

Azərbaycana turist axını qazancı

Hotellərin gəliri artıb Bu ilin birinci yarısında Azərbaycan hotellərində turistlərin gecələmə sayı rəsmi hesabatlara görə 52 faiz artıb. Səbəb kimi ölkəyə turist axınının güclənməsi göstərilir. Ən inkişaf etmiş turizm bölgəsi olan Qəbələdəki hotellərə üstünlük verənlərin sayı ümumi turistlərin sayının 9.3 faizini təşkil edib.

Mehmanxanaların əsas iqtisadi göstəricisi olan gecələmə sayında Qəbələ hələ 2015-ci ildə ən geridə qalan bölgələrdən idi: hər 10 min gecələmədən yalnız 46-sı bu rayonun payına düşürdü.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin altı ayında Qəbələ hotellərində 59 min 700 nəfər qalıb. Onlar orta hesabla burada 2 gün gecələyiblər. Yemək, sağlamlıq xərcləri və digər ödənişlər daxil olmaqla, Qəbələnin 18 hotelinin yarım illik gəlirləri 6 milyon manatdan çox olub. Hər turist bu hotellərdə təxminən 104 manat 72 qəpik xərcləyib. Bakı hotelləri hər müştəridən orta hesabla 276 manat 34 qəpik gəlir götürüb. Məsrəflər çıxılmaqla Qəbələ hotelləri təxminən 1 milyon, Bakı hotelləri isə 28.5 milyon manat mənfəət qazanıb.

 





30.09.2017    çap et  çap et