Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununa baxıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə inamlı oyun nümayiş etdirən Azərbaycan voleybolçuları 25:20 hesabı ilə qalib gəliblər. Niderland yığması ikinci seti öz xeyrinə başa vuraraq (19:25) hesabı bərabərləşdirib - 1:1. Qarşılaşmanın üçüncü seti də Niderland voleybolçularının üstünlüyü ilə başa çatıb – 19:25. Milli komandamız dördüncü setdə hesabda böyük fərqlə geri olsa da, yüksək əzmkarlıq göstərərək 27:25 hesabı ilə qələbə qazanıb. Oyunda hesab bərabərləşdiyindən (2:2) matçın qalibi tay-brekdə məlum olub. Tay-brekdə 12:15 hesabı ilə Niderland millisi qalib gəlib.