Vaxt.Az

Hicaba da qadağa qoyuldu...


 

… Maskarad və tibbi maskalara da

Hicaba da qadağa qoyuldu... Avstriyada ictimai yerlərdə üzü tam bağlayan müsəlman qadın geyiminə qadağa qüvvəyə minib. APA-nın «RİA Novosti»yə istinadən verdiyi xəbərə görə, rəsmi olaraq oktyabrın 1-dən qüvvəyə minən qadağa həmçinin qeyri-bayram günlərində maskarad maskasına, habelə həkim göstərişi olmadan tibbi maskaların taxılmasına da qoyulub.

Qadağanı pozan şəxslər 150 avro məbləğində cərimələnəcəklər. Hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayan şəxslər izahat verilməsi üçün polis şöbəsinə aparılacaqlar.

 





01.10.2017    çap et  çap et