Vaxt.Az

Türkiyənin xaricdəki ən böyük hərbi bazası açıldı


 

200-dən artıq türk hərbi heyəti 1,500 somalili əsgərə təlim keçəcək

Türkiyənin xaricdəki ən böyük hərbi bazası açıldı Türkiyənin ən böyük xarici hərbi bazasının açılışı oldu. Şənbə günü Somalinin paytaxtı Moqadişuda keçirilən açılış mərasimində Somali rəhbərliyi, Türkiyənin hərbi rəsmiləri və diplomatlar iştirak ediblər.

Somalinin baş naziri Həsən Əli Xayre və Türkiyə ordusunun rəhbəri, general Hulusi Akar açılışında iştirak etdikləri 4 kvadrat kilometrlik bazada üç hərbi yaşayış kompleksi, təlim sahələri və idman meydançası var. Bu bazanın tikilməsinə son iki il sərf edilib.

General Akar bildirib ki, bu baza Türkiyənin Somaliyə yardım etmək istəməsinin ən böyük göstəricisidir.

Baş nazir Xayre isə öz növbəsində ölkədəki təlim bazasının əhəmiyyətini qeyd edib.

Somalinin Müdafiə Nazirliyinin verdiyi məlumata görə, 200-dən artıq Türkiyə hərbi heyəti eyni anda 1,500 Somali əsgərinə təlimlər keçəcək.

Somalidə əhəmiyyətli sayda hərbi heyətin mövcud olmasına baxmayaraq, onların hazırlığı və təchiz olunmaları aşağı səviyyədədir. Keçən həftə hökumət, dəfələrlə təkrar etdiyi dünya liderləri tərəfindən ölkəyə tətbiq olunan beynəlxalq silah embarqosunun qaldırılmasını tələbini yenidən səsləndirib.

ABŞ Moqadişuda onlarla əsgər yerləşdirib və 1994-cü ildən bəri ölkədə çalışan əks-terrorizm müşavirlərindən ibarət kiçik qrup nəzərə alınmasa, bu, ABŞ-ın Somalidə yerləşdirdiyi ilk hərbi kontingentidir.

Türkiyənin xaricdəki ən böyük hərbi bazası açıldı

200-dən artıq türk hərbi heyəti 1,500 somalili əsgərə təlim keçəcək

Türkiyənin ən böyük xarici hərbi bazasının açılışı oldu. Şənbə günü Somalinin paytaxtı Moqadişuda keçirilən açılış mərasimində Somali rəhbərliyi, Türkiyənin hərbi rəsmiləri və diplomatlar iştirak ediblər.

Somalinin baş naziri Həsən Əli Xayre və Türkiyə ordusunun rəhbəri, general Hulusi Akar açılışında iştirak etdikləri 4 kvadrat kilometrlik bazada üç hərbi yaşayış kompleksi, təlim sahələri və idman meydançası var. Bu bazanın tikilməsinə son iki il sərf edilib.

General Akar bildirib ki, bu baza Türkiyənin Somaliyə yardım etmək istəməsinin ən böyük göstəricisidir.

Baş nazir Xayre isə öz növbəsində ölkədəki təlim bazasının əhəmiyyətini qeyd edib.

Somalinin Müdafiə Nazirliyinin verdiyi məlumata görə, 200-dən artıq Türkiyə hərbi heyəti eyni anda 1,500 Somali əsgərinə təlimlər keçəcək.

Somalidə əhəmiyyətli sayda hərbi heyətin mövcud olmasına baxmayaraq, onların hazırlığı və təchiz olunmaları aşağı səviyyədədir. Keçən həftə hökumət, dəfələrlə təkrar etdiyi dünya liderləri tərəfindən ölkəyə tətbiq olunan beynəlxalq silah embarqosunun qaldırılmasını tələbini yenidən səsləndirib.

ABŞ Moqadişuda onlarla əsgər yerləşdirib və 1994-cü ildən bəri ölkədə çalışan əks-terrorizm müşavirlərindən ibarət kiçik qrup nəzərə alınmasa, bu, ABŞ-ın Somalidə yerləşdirdiyi ilk hərbi kontingentidir.

 





01.10.2017    çap et  çap et