Bu günün təsis edilməsinin başlıca məqsədi cəmiyyətin həyatında yaşlı insanların iştirakını təmin etmək, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdır.
Rəsmi məlumatlara görə, Azərbaycanda əmək pensiyaçılarının 329,3 minə yaxını ahıl vətəndaşlardır. Onlardan 201,8 mini qadın, 127,4 min nəfəri kişidir.
Ahıl pensiyaçıların 208,6 min nəfəri 70-80, 110,9 min nəfəri 80-90 yaşlarında, 9,7 min nəfəri isə yaşı 90-dan yuxarı olan vətəndaşlardır.
2017-ci il iyulun 1-nə olan məlumata görə, Azərbaycanda 1,3 milyon nəfərdən çox əmək pensiyaçısı var.