Vaxt.Az

Qitələrarası ilk «teleportasiya» keçirildi


 

Filmlərdə göstərilən fantastika reallaşmaq üzrə

Qitələrarası ilk «teleportasiya» keçirildi Çin və Avstriyadan olan alimlər qrupu ilk qitələrarası «teleportasiya» həyata keçiriblər. «ICTnews» xəbər verir ki, hələlik böyük ölçülü obyektlərin daşınması müzakirə mövzusu deyil, amma elementar zərrəcikləri planetin müxtəlif hissələrinə ötürmək mümkün olub.

«Mo-Szı» adlı rabitə aparatı sayəsində alimlər «kvant interneti»ni reallaşdırmağa daha da yaxınlaşıblar. Kvant açarları peykdən Yer kürəsinə 1200 km məsafədə ötürülüb. Həmçinin planetin müxtəlif hissələrində yerləşən iki obyekti bir-biri ilə əlaqələndirmək mümkün olub.

Yeni həll yüksək sürətdən başqa xarici dövlətlər tərəfindən dinləməni mümkünsüz edir.

 





01.10.2017    çap et  çap et