O qeyd edib ki, bu qərəzlilik beynəlxalq təşkilatlara da sirayət etməkdədir: «Azərbaycan bu günə qədər Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirib, ancaq elə ölkələr var ki, bu günə qədər götürdüyü öhdəlikləri yerinə yetirmir. Bunlar haqqında heç bir məsələ yoxdur, ancaq son vaxtlar əsas istiqamət Azərbaycana və Türkiyəyə yönəlib. Bu da Azərbaycanın müstəqil siyasət aparması ilə bağlıdır».
S.Novruzov bildirib ki, Azərbaycan əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil və balanslaşdırılımış siyasət aparır: «Biz hər bir ölkə ilə bərabərhüquqlu əməkdaşlıq aparmağa hazırıq. Bizim heç bir böyük dövlətə kiçik qardaşlıq etmək fikrimiz yoxdur».