Polisin bildirdiyinə görə yuxarı mərtəbələrdən birində mövqe tutmuş iki silahlı avtomatdan festivala toplaşanlara arası kəsilmədən atəş açıb. Silahlılardan birinin polislə atışmada öldürüldüyü bildirilir. Hakimiyyət hələlik hadisənin motivini açıqlamayıb, lakin baş verənlər İŞİD-in törətdiyi terror hücumlarının dəst-xəttini xatırladır.
virtualaz.org bildirir ki, erməni əsilli amerikalı milyonçu Den Bilzeryan Las-Veqasda silahlıların gülləbaran etdiyi kazinoda olub. O, hadisə anlarının videogörüntülərini paylaşıb.
***
11:17
Las-Veqas yaxınlığında iri kazinolardan birində atışma olub. Polis insidentlə bağlı araşdırmaya başlayıb.
Son məlumata görə, atışma nəticəsində azı 20 nəfər xəsarət alıb.
Polisin yaydığı məlumatda qeyd olunur ki, «Mandalay Bay Casino» ətrafı nəzarətə götürülüb, artıq araşdırma başlayıb: «Sakinlərdən həmin rayon ərazisindən uzaq durmaları xahiş olunur».
Polis eləcə də, kazinoya yaxın yollarda hərəkətin məhdudlaşdırıldığını və yoxlamalar aparıldığını bildirib.