Vaxt.Az

Myanmar ssenarisi Rusiyada da mümkündür?


 

Bu il «ağlar»la «qırmızılar» arasında qarşıdurma baş verib

Myanmar ssenarisi Rusiyada da mümkündür? Myanmarda baş verən son hadisələrlə əlaqədar olaraq belə bir sual yaranır: buna bənzər hadisələr Rusiyada da baş verəcəkmi? Həqiqətən də Rusiyada çoxsaylı müsəlman və buddist icmaları var. Lakin Rusiya Myanmar deyil. Bizim müxtəlif etnos və dinlərin nümayəndələri ilə birgə yaşamaq sahəsində minilliklərə söykənən təcrübəmiz var.

Hazırda Rusiya üçün asan dövr sayılmır. Bu il ərzində qərbyönümlü müxalif qüvvələr bir neçə dəfə şərti olaraq «ağlar»la şərti olaraq «qırmızılar» arasında qarşıdurma yaratmağa nail oldu.

Ola bilər ki, yaxın zamanda müxalifət və onların qərb himayədarları islam layihəsini həyata keçirəcək və müsəlmanlarla pravoslavlar və digər dinlərin nümayəndələri arasında toqquşma yarada biləcəklər.

Yeri gəlmişkən, Rusiya KİV-də xüsusilə də, sosial şəbəkədə digər dinlərin nümayəndələri tərəfindən müxtəlif formada islamafobiya və ya rusfobiya kimi yalan məlumatlar verilir.

Bu halda yalnız rus xalqının uzun əsrlərə dayanan müdrikliyinə ümid etmək qalır hansı ki, öz aralarında döyüşmək imkanı yarananda da vahid dövlət daxilində birgə inkişafın imkan və formatlarını tapa bilib.

 





02.10.2017    çap et  çap et