Vaxt.Az

FİFA Luçeskunu cəzalandırdı


 

Türkiyə millisi əsas oyun ərəfəsində baş məşqçisiz qoydu

FİFA Luçeskunu cəzalandırdı FİFA İntizam Komitəsi futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçeskunu bir oyunluq diskvalifikasiya edib.

Türkiyə KİV xəbər verir ki, buna səbəb rumıniyalı mütəxəssisin sentyabrın 2-də 2018-ci il dünya çempionatının seçmə qrup oyunları çərçivəsində Ukrayna yığması ilə səfərdə keçirilən qarşılaşmada oyun epizodlarını birinci hissənin sonunda mobil telefonu ilə ispaniyalı hakim Devid Fernandez Borbalana göstərməsi və matçdan sonra hakim barəsində verdiyi açıqlamalardır.

Bununla da Mirça Luçesku Türkiyənin oktyabrın 6-da doğma divarlar arasında İslandiya ilə keçirəcəyi qarşılaşmanı tribunadan izləməli olacaq. Çünki rumıniyalı mütəxəssisin FİFA İntizam Komitəsinin qərarından apelliyasiya şikayəti vermək hüququ yoxdur.

Məlumatda Türkiyə milli komandasını onun köməkçisi Tayfur Havutçunun meydana çıxaracağı bildirilib.

 





02.10.2017    çap et  çap et