Virtualaz.org saytı xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova Beynəlxalq Alkoqolizmlə Mübarizə Günü ilə bağlı keçirilən tədbirdə deyib.
A.Məmmədova bildirib ki, alkoqolizmdən 30 - 35 yaşdan yuxarı olan şəxslər əziyyət çəkir. 2016-cı ildə ilkin olaraq alkoqol asılılığı nəticəsində qeydiyyata 551 nəfər düşüb. Onlardan da 28 nəfəri qadınlar olub.
«Alkoqolizm xəstəliyi narkoloji xəstəliklərin bir növüdür. Narkomaniya və toksikomaniya kimi alkoqolizm də təkrar yaranma ehtimalı olan xəstəliklər qrupuna aiddir. Alkoqolizmin müalicəsi sosial vəziyyət və insanın iradəsindən asılıdır. Alkoqolizm narkomaniyadan fərqli olaraq bir qədər gecikmiş yaşlarda özünü göstərir. Alkoqolizm xəstəliyindən ölüm orqanizmdə paralel gedən xəstəliklərdən olur. Alkoqolizmin birbaşa ölümə səbəb olması nadir hallarda baş verə bilər. Psixoloji vəziyyətin ağırlaşması ürək, qan-damar, qaraciyər, həzm sistemində yaranan patologiyaların nəticəsidir», - şöbə müdiri deyib.