Vaxt.Az

«Amma nə olsun?»


 

«Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir»

«Amma nə olsun?» «Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir, hakimiyyət isə onu makaka səviyyəsinədək endirmək istəyir». «Trend» xəbər verir ki, bunu müxalif millət vəkili Nikol Paşinyan deyib.

«İrəvan şəhərində yerli özünüidarəetmə haqqında» qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili bildirib ki, təklif olunan dəyişiklik Ağsaqqallar Şurasını şəhər referendumları keçirmək təşəbbüsündən məhrum edir: «Bu, şəhər hakimiyyətinin demokratiyasına təhdiddir. Bu kiçik məsələ kimi görünür, amma nə olsun? İnsanla oranqutan (əslində şimpanze – red.) arasında da genetik fərq çox kiçikdir - 2 faiz. Amma nəticə necədir? Ona görə də hakimiyyətdən xahiş edirəm: onsuz da siyasi sistemimiz şimpanze səviyyəsindədir, onu makaka səviyyəsinədək endirməyin».

 





03.10.2017    çap et  çap et