Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə Saziş layihəsinin «Ticarət və davamlı inkişaf», «Enerji və xammal», «Əmtəə ticarət» və «Ticarətdə texniki maneələr» fəsilləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
«Layihənin «Enerji və xammal» bölümünün ilk dəfə olaraq təqdimatı keçirilib. Təqdimatda yer alan enerji xammal və məhsullarının ixrac qiymətləri, tranziti, Azərbaycanın enerji infrastrukturuna üçüncü tərəflərin cəlbi, «Müstəqil Tənzimləyici Orqan»ın yaradılması məsələləri ilə bağlı qurumun irəli sürdüyü müddəalar nəzərdən keçirilib. Azərbaycanın enerji bazarının öyrənilməsinin zəruriliyi vurğulanıb. Azərbaycan tərəfi layihənin daxili müzakirələr əsnasında dəyərləndirilməsinin vacibliyini və konkret mövqenin bundan sonra bildiriləcəyini diqqətə çatdırıb», məlumatda qeyd edilir.
Müzakirələrin davamı kimi cari ilin oktyabr ayında tərəflər arasında video-konfransın keçirilməsi planlaşdırılıb.