Vaxt.Az

İstəyirsən, lap avtomat al


 

Qatilin hoteldəki otağından 23 silah tapıldı

İstəyirsən, lap avtomat al Las Veqasda oktyabrın 1-də 59 adamı öldürən , 527 adamı yaralayan 64 yaşlı pensiyaçı Stefan Paddok (Stephen Paddock) bu qədər silahı necə alıb? Polis onun atəş açdığı otelin otağına gələndə Paddok özünü artıq öldürmüşdü, ancaq otaqdan 23 silah tapıldı. Onların çoxu avtomat silahlar idi.

Paddokun Nevada ştatındakı evindən isə 19 silah çıxdı.

Amerika tarixində ən qanlı qırğından sonra yenə silah satışı ətrafında mübahisə qızışır.

 

Kriminal keçmişi olan da...

 

ABŞ Konstitusiyası vətəndaşlara silah əldə etməyə icazə verir. Ancaq silah qanunverciliyi ştatdan ştata fərqlidir. Mühafizəkar ştatlarda – Texasda, Nevadada, Floridada silah almaq asandır. Liberal ştatlarda silah almağa çoxlu məhdudiyyət var, Nyu-Cersidə isə silah satışı qadağandır.

ABŞ-da silah almaq istəyən ştat hakimiyyətindən icazə almalıdır. Hakimiyyət müəyyən tələblərə cavab verənlərin hamısına bu icazəni verir. Tələblər adətən yaşla, ruhi xəstəliyinvə kriminal keçmişin olmamasıilə bağlıdır. Bəzi ştatlarda barmaq izləri götürülür.

Bəzi ştatlara isə hətta kriminal keçmişin olması silah almağa maneə deyil. Həbsdən çıxan adam müəyyən vaxt keçəndən sonra silah ala bilir.

Bir sıra ştatlarda silah almaq istəyən sübut eləməlidir ki, silah ona doğrudan da lazımdır. Ştat hakimiyyəti silaha icazəni bu halda verir. Belə ştatlarda hakimiyyət silaha icazə verməyəndə izahat verməyə də bilər. Bu ştatlara Kaliforniya və Nyu-York aiddir.

Bəzi ştatlar da var ki, orda silaha icazə lazım deyil.

Belə ştatların bəzilərində yalnız o tələb olunur ki, silah boş , yəni içində güllə olmadan saxlanmalıdır.

Bəzilərində isə silahı olanın yanında mütləq şəxsiyyət vəsiqəsi olmalıdır.

ABŞ-da silahı olmağa qadağan qoyulan ştat yoxdur.

Kolumbiya dairəsində, Havay adalarında, Massaçusets və Nyu-Cersi ştatında silaha icazə almaq çox çətindir.

 

Avtomatla gəlsəydi belə...

 

Paddok məsələsinə qayıdaq.

Paddokun yaşadığı Nevada ştatı silah almağa ən sərbəst ştatlardan biridir. Burda silah almağa ştat hakimiyyətinin icazəsi lazım deyil. Alınan silahı qeydiyyata aldırmaq da lazım deyil. Yeganə tələb odur ki, silah dükanında satıcı alıcının şəxsiyyət vəsiqəsinə baxmalıdır ki, doğrudanmı silahı öz adına alır.

Nevadada azı iki silah dükanı təsdiqləyib ki, Paddok onlardan silah alıb və tam qanuni yolla, yəni öz adına alıb.

Onun 6 silah aldığı dükan da ona silah satdığını təsdiqləyir.

Satıcıların sözlərinə görə, Paddok bütün yoxlamaları keçib. Satıcıların ona silah satmamağa əsası olmayıb. Paddokun böyük qanun pozuntuları olmayıb.

Nevadada qanunlar o qədər liberaldır ki, burda avtomat silah da almaq olar. Bir çox ştatlarda avtomat silah satışı qadağandır.

Silah gəzdirməyə gəlincə, Nevadada silahı açıq gəzdirmək olar. Əgər silahı bağlı gəzdirmək istəyirsənsə, onda ştat hakimiyyətindən icazə almaq lazımdır.

Ona görə də Paddok otelə hətta əlində avtomat silahla girsə belə, otel işçilərinin onun qarşısını kəsməyə qanuni əsasları olmayacaqdı. Nevadada belə qanun yoxdur.

 





03.10.2017    çap et  çap et