Vaxt.Az
Tovuzdan seçilən deputat danışdı
«Camaat cəbhə bölgəsində mərdlik göstərir»
Son günlər cəbhənin təmas xəttində gərgin vəziyyət yaranıb. Hətta Müdafiə Nazirliyindən verilən məlumata görə, ordu döyüş vəziyyətinə gətirilib. Bəzi millət vəkilləri və hərbi ekspertlər hesab edir ki, son günlər düşmən tərəfinin Tovuz istiqamətində cəbhə boyu irəliləməsi əhalini qorxutmaq məqsədi daşıyır. Amma əhali düşmənin bu hücumlar qarşısında heç birə getməyəcəklərini və yurdlarını tərk etməməkdə israrlıdırlar.Modern.az 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən seçilən millət vəkili İlyas İsmayılovdan da məsələyə münasibət öyrənib. Deputat hələlik həmin kəndlə bağlı məlumat əldə etmədiyini bildirib.
«Bununla bağlı dəqiq məlumatım yoxdur, hələ cavab ala bilməmişəm. Amma fikrimcə, kəndlilərin oranı tərk etməsi ola bilməz. O camaat çox mərd camaatdır və ermənilərin bu cür hərəkətləri onlara təsir edə bilməz».
Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələri təmas xəttində atəşkəsi pozulub. Nəticədə Tovuz rayonunun Əlibəyli kənd sakini Hüseynova Ruhiyyə güllə yarası alıb, Silahlı Qüvvələrin zabiti, kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
24.01.2014 çap et