Vaxt.Az

«Barselona» İspaniyanı tərk edə bilər


 

İlk təklif ruslardan gəldi

«Barselona» İspaniyanı tərk edə bilər İspaniyanın «Barselona» klubu ölkə çempionatını tərk edə bilər. Kataloniyanın idman naziri Cerar Fiqeras (Jerar Fiqeras) belə deyib. Milli.Az «The Mirror»a istinadən bildirir ki, Fiqerasın dediyinə görə, katalon klubu Kataloniyanın dövlət müstəqilliyini bəyan edəcəyi təqdirdə İspaniya çempionatını tərk edərək İngiltərə, Fransa və ya İtaliyanın ali liqasında çıxış edə bilər.

«İndi İspaniya yığmasında çıxış edən xarici klublar var. Məsələn, Andorra komandaları İspaniyanın basketbol və futbol çempionatlarında oynayırlar. «Monako» Fransa Liqasında oynayır, İngiltərə çempionatında Uels klubları var. Düşünürəm ki, daha bir klubun başqa ölkənin çempionatında çıxışına UEFA etiraz etməz», - Jerar Fiqeras söyləyib.

«Barselona» klubu həmişə Kataloniyanın müstəqilliyini dəstəkləyib. Üstəlik, klubun oyunçuları Andres İnyesta, Xordi Alba, Serxio Buskets və Serxio Roberto, habelə sabiq «Barsa»lı Mark Bartra, «Espanyol»dan David Lopes Kataloniya yığmasının heyətində yer alırlar.

Bu səbəbdən İspaniyanın Kral Futbol Federasiyasının «Barselona»ya qarşı sanksiyalar tətbiq etməsi istisna deyil.

UEFA isə bəyan edib ki, əgər Federasiya belə qərar qəbul edərsə, İspaniya yığması bütün beynəlxalq yarışlardan kənarlaşdırılaraq diskvalifikasiya olunacaq.

Bu arada Rusiya Milli Futbol Liqasının «Yenisey» klubu «Barselona»nı Rusiya çempionatına dəvət edib.

Kataloniya klubu olan «Barselona» indiyədək 24 dəfə İspaniya çempionu, 29 dəfə İspaniya Kral Kubokunun sahibi, 5 dəfə Çempionlar Liqasının qalibi olub.

İspaniya primerasının cari mövsümündə katalon klubun 6 matçda 6 qələbədən sonra lider mövqedədir.

 





04.10.2017    çap et  çap et