Vaxt.Az

Əsas mövzu neft olacaq


 

Putin Səudiyyə kralı ilə danışıqlara hazırdır

Əsas mövzu neft olacaq Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz Səudla OPEC+ anlaşmasının müddətinin uzadılmasını müzakirə etmək niyyətindədir. Virtualaz.org-un məlumatına görə, bu barədə V.Putin Rusiya energetika həftəsində bildirib.

«Əsas müttəfiqlərimizlə, o cümlədən OPEC və digər əsas neft hasilatçıları ilə təmasdayıq. Ümid edirəm ki, Səudiyyə Ərəbistanının kralını Rusiyada qəbul etmək şərəfinə nail olacağıq. OPEC+ anlaşmasının uzadılmasını onunla da müzakirə edəcəyik», - deyə RF-nin dövlət başçısı qeyd edib.

Prezident anlaşmanın uzadılmasının mümkünlüyünü bildirib və qeyd edib ki, cari anlaşma bitdiyi zaman, yəni 2018-ci ilin mart ayının sonunda neft bazarındakı vəziyyətə uyğun hərəkət etmək lazımdır. Tərəflər arasında razılaşma əldə olunarsa, Rusiya anlaşmanı 2018-ci ilin sonuna qədər uzatmağa hazırdır.

Yeri gəlmişkən, xatırladaq ki, kralın Moskvaya səfəri oktyabrın ilk ongünlüyündə nəzərdə tutulub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu səfərə böyük əhəmiyyət verilir və Kreml artıq görüşə hazırlaşır. Peskov onu da qeyd edib ki, səfərin dəqiq tarixi barədə qısa zamanda açıqlama veriləcək.

 





04.10.2017    çap et  çap et